Böyük Britaniyanın sosial media platformalarıan giriş məhdudlaşdırılacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya üzrə Dövlət naziri Peter Kyle "ITV News"a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, uşaqların təhlükəsizliyini qorumaq üçün yeni qanun layihəsi hazırlanıb: "16 yaşından kiçiklər üçün sosial media qadağasını artıq qəbul etməliyik. Uşaqlarımızı qorumaq üçün, bu, mütləqdir. Bunun daha da tezləşməsi üçün əlimdən gələni edirəm. Uşaqlarımızın, dövlətimizin gələcəyi, insanların təhlükəsizliyi ön planda olmalıdır"
Nazir deyib ki, yanvar ayından internet və informasiya sahəsi ilə bağlı qüvvəyə minəcək qanuna dəyişiklik planlarının sürətli icrasına zəmin yaradacaq.
Lamiyə Əhmədli
MİA.AZ