Türkiyənin İzmir şəhərində silahlı insidentdə polislər güllələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmirin Seferihisar bölgəsində reyddə olan polislərə adı hələlik M.S.Ç. kimi açıqlanan şəxs tərəfindən atəş açılıb.

Məlumata görə, nəticədə polis zabiti, kapitan Furkan Hakan Aşkın və əməkdaşlar - İbrahim Gümüştekin və Mehmet Tozun güllə yarası alıblar: "Onlar bölgəyə sövq edilən təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar. Onlardan ikisinin durumu ağırdır. Polisə atəş açan şəxs silahı ilə birgə saxlanılıb".

Məlumata görə, polislərin vurulmasını eşidən məhəllə sakinləri saxlanılan şəxsin iş yerini daşa tutub. 

Firudin Səfərli
MİA.AZ