Türkiyədə daha iki bələdiyyə sədri həbs olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün Tunceli və Ovacık bələdiyyə başçıları barədə həbs qərarı verilib.
Məlumata görə, terror təşkilatlarına üzv olmaq ittihamı ilə mühakimə olunan DEM Partiyasının üzvü, Tunceli Bələdiyyə sədri Cevdet Konak və CHP-li Ovacık Bələdiyyə sədri Mustafa Sarıgül 6 il 3 ay həbs cəzasına məhkum olunublar: "Məhkəmə onların barəsindəki həbs qərarının qanuni qüvvəyə minənə qədər xaricə çıxışlarını da qadağan edib".
Xatırladaq ki, az əvvəl İstanbulun Esenyurt rayon bələdiyyəsinin sədri də oxşar ittihamla saxlanılıb.
Firudin Səfərli
MİA.AZ