Bakıda və Abşeron yarımadasında noyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az xəbər verir ki, sabah  səhər və axşam bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az çiskinli yağış yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.