Qanunsuz mərc əməliyyatı ilə bağlı həbs olunma ehtimalına qarşı tələsik Gürcüstana qaçan keçmiş futbolçu Batuhan Karadeniz oradan canlı yayıma çıxaraq sualları cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, xaricə qaçdığı üçün axtarışa verilən keçmiş futbolçunun sözlərinə görə, o, ölkəsində deyil, xaricdə qumar oynayıb.
O bildirib ki, olduğu ölkədə, yəni, Gürcüstanda bu kimi oyunlar qanunla qadağan deyil: "Haqqımda çıxarılan həbs qərarı haqda heç nə bilmirəm. Əlbəttə, dönəcəm. Və bundan sonra nə baş verdiyini görəcəyik. Ancaq bilmənizi istərəm ki, mənim olduğum ölkədə bu iş qanunidir, üstəlik, türk pulu ilə oynamıram".
Xatırladaq ki, Batuhan haqda 23 nəfərlə birgə həbs qərarı çıxaırlıb. Onların haqqında İstanbul Prokurorluğu sosial mediada "qanunsuz mərc oynamağı təşviq etmək" maddəsi ilə istintaq aparır. İstintaqa cəlb olunanlar arasında məşhur müğənni Sərdar Ortaç da var.
Firudin Səfərli
MİA.AZ