Bu gün UEFA Millətlər Liqasında Azərbaycan yığması səfərdə İsveçlə qarşılaşıb.
Mia.az xəbər verir ki, Bakı vaxtilə saat 23.45-də başlayan oyunda ev sahibləri 10, 26 və 37-ci dəqiqələrdə qapımızdan 3 top keçiriblər.
45-ci dəqiqədə isveçlilər daha bir qola imza atıblar. Lakin VAR qolun ofsaydan vurulmasını bildirib və qol ləğv olunub.
Beləliklə, ilk hissə ev sahiblərinin üstünlüyü ilə bitib - 3:0.
İkinci hissəyə də isveçlilər inamlı oyuna davam edib.
İlk hissədə olduğu kimi ikinci hissədə də ev sahibləri daha 3 qol vurublar - 6:0.
Oyun bu hesabla başa çatıb.
Fərid
MİA.AZ