Qoç - günün ilk yarısını informasiya və sənədlərlə işə həsr edin. Enerjili, zəhmətkeş olun. Bütün işlərin öhdəsindən gələ bilərsiniz. Qısamüddətli səfərlər alınacaq.
Yaradıcılıqla məşğul olursunuzusa, irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında problemləri yeni, qeyri-standart yollarla həll etməyə çalışın.
Əvvəlcədən hazırladığınız bəzi planlardan imtina edin. Əhvalınız dəyişə bilər. Ailə üzvlərinizin yardımlarınıza ehtiyacı var. Yaşlı qohumlara diqqət yetirin.
Buğa - sakit və rəvan situasiyadır. Səhər saatlarına planları reallaşdırmaqla başlayın. Adi, rutin işləri təxirə salmayın. Bu işlər sizə yorucu və usandırıcı təsir bağışlamasın. Bir müddət əvvəl verdiyiniz öhdəlikləri yerinə yetirəndə özünüzü rahat hiss edəcəksiniz.
Günün ikinci yarısında aktiv ünsiyyəti bir qədər azaldın. Dəvət aldığınız bütün tədbirlərə qatılmağa tələsməyin. Özünüzü yorğun hiss edə bilərsiniz.
Axşam saatlarında ailə münasibətlərində problemlər yarana bilər. Məişət qayğıları artacaq. Yaşlı qohumlar sizdən vədlərin yerinə yetirilməsini tələb edəcəklər. Onlar qayğı istəyirlər.
Əkizlər - Günün ilk yarısını şəxsi münasibətlərdəki problemlərin həllinə həsr edin. Maddi rifahınızın qeydinə qalın. Son hadisələri təhlil edin. Gəldiyiniz nəticələri etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz.
Alış-veriş uğurlu olacaq. Aldığınız əşyalar uzun müddət xidmət edəcək.
Günün ikinci yarısında səhhətinizə fikir verin. Axşam saatlarında ciddi istirahətə ehtiyacınız var.
Çətin vəziyyətə düşməyiniz istisna deyin. Qayğılarınızı yaxınlarınız bölüşəcəklər. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Xərçəng - planlaşdırdığınız işlərin öhdəsindən gələ bilərsiniz. Planlarınızı gün ərzində kəskin şəkildə dəyişməyin. Münaqişə və ya qarşıdurmanın çözülməsi üçün sizə müraciət olunacaq. İnşaat və memarlıq sahələrində çalışanlar üçün daha əlverişli zamandır.
Günün ikinci yarısında sürprizlər olacaq. Yeni şərait sizdən dəyişikliklər tələb edir. Situasiya əlverişlidir. Əsas məsələ soyuqqanlı və təmkinli davranaraq tələsik addımlar atmamaqdır.
Şir - gün ərzində pozitiv davranmağa çalışın. Nələrin baş verməsindən asılı olmayaraq ifrat bədbinliyə qapılmayın. İstənilən situsiyada maraqlarınızı təmin edərək mənfəət əldə edə bilərsiniz. Əyləncə və istirahəti bir qədər təxirə salın.
Günün ikinci yarısında yaxınlarınız sizi təkbaşına, müstəqil çalışmaq istəyinizi anlamayacaqlar. Dəyər verdiyiniz insana ifrat dərəcədə hamilik etməyin. Yalnız kömək istəyən şəxsə yardım edin.
Qız - mənasız xəyallara dalmayın, səhvlərinizi sürəkli saf-çürük etməyin. Sağlam məntiqi, rasional düşünməyi unutmayın. Cari problemlərin həllində soyuqqanlı olun. Çətinliklərdən çıxış yaradıcı variantların seçilməsi ilə müşayiət olunmalıdır.
Günün ikinci yarısında yaxınlarınız üçün kiçik bayram düzəldə bilərsiniz. Səbəb olmasa belə, fərq etməz. Sevdiyiniz insanla sürəkli təmaslarda olun. Axşam saatlarını romantik şəraitdə keçirmək olar.
Tərəzi - bütün işlərin gedişatını əvvəlcədən planlaşdırmağın mümkün olmadığını anlayın. Planlara dəyişikliklər etmək gərəkdir. Bəzənsə spontan davranmaq, tez qərar qəbul etmək, adət etdiyiniz çərçivələrdən kənara çıxmaq gərəkdir. Nikbin əhval-ruhiyyədə olun.
Günün ikinci yarısı sizə pozitiv emosiyalar bəxş edəcək. Yaşam enerjinizin səviyyəsi yüksək olacaq. Axşam saatlarına yaxın yorğunluq hiss edəcəksiniz. Yaşamınızda dəyişkliklər olacaq. Yaşam məkanınızı qoruyun. Təkbaşına qalsanız, qüvvələrinizi bərpa edə bilərsiniz.
Əqrəb - bütün problemləri ani qərar və ya birdəfəlik addımla hiss etmək mümkün deyil. Can atdığınız nəticələri əldə edə bilməyəcəksiniz. Diqqətsizlik, işlərə qeyri-ciddi yanaşma yolverilməzdir. Ciddi işlərin başa çatdırılmasının ertələnməsi konkret məsələlərin həllinə mane olacaq.
Günün ikinci yarısında önəmli saydığınız problemin çözülməsi istiqamətində ilk addımlarınızı atın. Axşam saatlarını yaxınlarınızla istirahətdə və ya gəzintidə keçirə bilərsiniz. Yaxınlarınıza qayğı göstərin, münasibətləri qaydaya salın. Yaşlı qohumları evə dəvət edin. Onlar sizə minnətdar olacaqlar.
Oxatan - günün necə olacağını əvvəlcədən təxminləməyə can atmayın. Heç nə alınmayacaq. Hadisələr gözləmədiyiniz məcrada, spontan inkişaf edəcək. Taleyüklü qərarların qəbulu üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında qəfil olayların heç olmasa, bir neçəsinin yaşanmasının qarşısını almağa çalışın. Hisslərinizə nəzarət edin.
Yaşlı qohumlarla problemlər olacaq. Yaxın ətrafınızdakı insanlardan biri məsuliyyəti sizə "həvalə" etməyə can atacaq. Fiziki iş, kiçik təmir istisna deyil.
Oğlaq - ən adi, rutin işləri yarımçıq qoymayın. Evin, ailənin qayğıları ilə məşğul olun. Yaşam arealını qaydaya salın. Günün ilk yarısında texnika almağa dəyməz. Aldığınız əşyanının ömrü uzun olmayacaq.
Günün ikinci yarısında ünsiyyətdə problemlər yaranacaq. Davranışınıza nəzarət edin. Yaxınlarınız sizi təəccübləndirəcək hərəkətlər edə bilər. Sevdiyiniz insanın ötənlərdəki əməllərindən birindən xəbər tutacaqsınız.
Sərt, aqressiv olmayın.
Dolça - bütün diqqəti əsas işə yönəldin. İkinci dərəcəli işləri təxirə salmaq da olar. Hər şeyi və hər kəsi müşahidə etmək, nəzarətdə saxlamaq mümkün deyil. Qüvvələrinizə qənaət edin, təsadüflərin yaşanmasına imkan verin. Hadisələrin fasiləsiz inkişafı günün ikinci yarısında sürpriz olaylara səbəb olacaq.
Günün ikinci yarısında yaxınlarınızla diqqətli davranın. Ailə qayğıları ilə məşğul olun. Dostlar və ya yaşlı qohumlardan biri sizdən yardım istəyəcək. Onun problemləri barədə də düşünmək zərurəti yaranır.
Balıqlar - günün ilk yarısını sakit keçirin. İzafi, mənasız informasiyaya ehtiyac yoxdur. Günün enerji səviyyəsi radikal qərarlar və sərt addımlar üçün əlverişli deyil.
Ev işlərini, məişət qayğılarını unutmayın. Yaşam arealının yaxşılaşdırılması barədə düşünün.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dediklərini dinləyin. Sevdiyiniz insana axşam saatlarında romantik təmas bəxş edin. Səmimi, qayğıkeş olmağa çalışın. Çətindir, amma cəhd göstərin.
Milli.Az