ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşovanın instaqram hesabı bloklanıb.
Mia.az xəbər verir ki, o, Azərbaycan səhiyyəsindəki problemlərlə bağlı paylaşım etdiyi üçün hesabına hücumlar və şikayətlər olub. Bu səbəbdən səhifə bloklanıb. Hazırda hesab açılmır.
Jurnalist bildirib ki, bu səbəbdən paylaşımlarını Facebook-dan edəcək.
Qeyd edək ki, Q. Ataşova bir müddət öncə öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın siyahısını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi.
Hər gün müxtəlif estetik həkimlərdən pasiyentlərin şikayətlərini paylaşırdı.