Bu gün Türkiyədə 7 bloger haqqında həbs qərarı çıxarılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğunun ittihanm aktı əsasında qərar verilib.
Qərara əsasən, qanunsuz mərc oyunları ilə bağlı açılan istintaq çərçivəsində sosial mediaya fenomenləri (blogerlər) Yasin Obuz, Mesut Can Eray, Cenk Pekkan, Ünal Orhan, Özgür Yağan, Kerem Gülsoy və Özcan Acar haqqında məhkəmə həbs qətimkan tədbiri seçib: "Onlar qanunsuz mərc oynamağa təşviqdə ittiham olunurlar"
Xatırladaq ki, bundan əvvəl 23 şübhəli haqqında həbs qərarı çıxarılıb. Onların arasında müğənni Serdar Ortaç, aparıcı Mehmet Ali Erbil, keçmiş futbolçu Batuhan Karadeniz və digər tanınmışlar var. Məhkəmə daha sonra müğənni Serdar Ortaç və aparıcı Mehmet Ali Erbil ev dustaqlığına buraxılıblar.
Firudin Səfərli
MİA.AZ