İsrailiin Livanın paytaxtı Beyrutda zərbələri nəticəsində ağır yaralananlardan birinin ölkənin futbol üzrə Qadın Milli Komandasının üzvü Selin Haydar olduğu bəlli olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, başından çoxlu qəlpı yarası alan qadın futbolçu hazırda reanimasiyada həyat uğurunda çırpışır: "Başından çoxsaylı qəlpələr olan Selin Haydar əməliyyat olunub, lakin o, reanimasiyada huşsuz vəziyyətdə saxlanılır...".

Məlumata görə, 19 yaşlı futbolçu İsrailin 16 noyabrda Şiyə bölgəsinə hücumunda yaralanıb.

Livan Futbol Federasiyasının rəsmiis Vail Şehib sosial media hesabında hazdisə barədə yazıb: "Dualarımız Selinlədir. Güclü ol, çempion. Sənin gücün hamımızı ruh verir. Tezliklə ayağa qalxacağın günü səbirsizliklə gözləyirik".

Tahir Şəlvəli
MİA.AZ