2022-2023 mövsümündə "Fənərbağça"nın Baş məşqçisi olan və hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını çalışdıran Jorge Jesus keçmiş komandası "Flamenqo"ya dönəvək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Brazilya mətbuatı yazıb.

İddialara görə, "Flamenqo"da keçirilən prezident seçkilərində seçilmə şansı yüksək sayılan Luiz Eduardo Baptista yenidən portuqaliyalı məşqçini komandanın başıan gətirəcəyinə vəd verib: "Nəyin bahasına olursa olsun, Jesusu geri gətirəcəyik".

Xatırladaq ki, klubda prezident seçksi dekabrda keçiriləcək. Yanvarda isə klub rəhbərliyi 70 yaşlı məşqçini geri gətirməyi palanlayıb.

Onu da qeyd edək ki, Jorge Jesus 2019-2020-ci illərdə "Flamenqo"da işləyib. O, "Flamenqo"da 4 kuboku bir mövsümdə qazanaraq tarix yazıb.

Fərid Aslan

MİA.AZ