Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Cəlilov vəzifəsindən uzaqlaşdırılıb.

Əldə etdiyimiz məlumata görə, o, yeni vəzifəyə təyinat alıb.

O.Cəlilov Bakupost.az -a açıqlamasında xəbəri təsdiq edib. Bununla belə, hansı vəzifəyə təyinat aldığını açıqlamayıb: “Vaxtı çatanda özüm bu haqda bildirəcəm”.

Qeyd edək ki, o, bu il may ayında nazirliyin mətbuat xidmətinin rəhbəri təyin olunmuşdu.

MİA.AZ