Türkiyənin Diyarbəkir bölgəsində 8 yaşlı Narin Güranın öldürülərək, cəsədinin 19 gün çayın altında çuvalda gizlədilməsinin "yanğısı" bitməmiş onn qətlində günahlandırılan qardaşı Enes Güranın həbsxanadan ailəsi ilə görüşünün görüntülərinin yayılması maraqla qarşılanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüntülərdə ailə üzvlərinin heç nə olmamış kimi gülərək söhbətləşdiyi, Enes Güranın isə Narinin cəsədini suda basdıran və sonradan ilk etirafçı olan kəndçiləri Nevzat Bəhtiyar haqqında “Həbsxanada onun "işinə" baxarlar" deməsi də, ciddi müzakirələrə yol açıb.
Türkiyə mətbuatı yazır ki, ailənin davranışı nə qədər ikrah doğursa da, Enesin ilk etirafçının sui-qəsdə uğrayacağına işarə eləməsi bir o qədər maraq doğurub.
Xatırladaq ki, Diyarbakırın Tavşantepe kəndində itkin düşəndən 19 gün sonra axar çayın yatağında cəsədi çuvalda tapılan 8 yaşlı Narin Güranın qətli ilə bağlı noyabrın 7-də başlayan və 3 gün davam edən məhkəmə iclasında təqsirləndirilən şəxslərin və şahidlərin ifadəsi dinlənilib.
Məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.
Onu da qeyd edək ki, Narinin qətlində Eneslə yanaşı, anası Yüksel və əmisi də günahlandırılır.
Samir Musayev
MİA.AZ