Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Məlumata görə, faktla bağlı araşdırma aparılır.