Azərbaycanda bir kollecə direktor, digərinə isə direktor müavini təyin olunub.

Mia.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Mirvari Ağayeva Ağdaş Dövlət Humanitar Kollecinin direktoru, Ülviyyə Nəzərova isə İsmayıllı Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.