Amerikalı milyarder İlon Maskın sahibi olduğu X sosial mediasını tərk edənlərin sayı günü gündən artır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyanın məşhur "The Guardian" qəzeti də noyabrın 13-dən etibarən X hesabından xəbərləri paylaşmağı dayandırıb.
Qəzetdən bildirilib ki, 10.7 milyon izləyiciləri olmasına baxmayaraq, bu sosial medai platformasındakı səhifələrini birdəfəlik qapadacaqlar: "Çünkiki bu platformanın xeyrindən daha çox zərəri var. üstəlik, burada irqçilik və insan şəxsiyyətlərinə sui-qəsd halları artıb, normal müzakirələr məhdudlaşdırılıb".
Maraqlıdır ki, qəzetini qısa izahatının mürəkkəbi qurumamış İlon Mask bu qərarı aşağılayan fikir səsləndirb: "Onların X-də olub-olmamasının heç bir əhəmiyyəti yoxdur".
Bu arada CNN televiziyasının məşhur aparıcı Don Lemon da X-i tərk edib: "Bir vaxtlar X açıq müzakirə üçün əla platforma idi, indisə elə deyil..."
Onu da qeyd edək ki, Almaniyanın St.Pauli futbol klubu, Avstriya Hava Yolları, Böyük Britaniyada Rəqəmsal Nifrətə Qarşı Mübarizə Mərkəzi (CCDH) və digər tanınan qurumlar da bu sosial mediadan ayrılıblar.
Xəbərdə o da deyilir ki, Trampın alovlu dəstəkçisi olan İlon Maska görə yanvarın 20-dək bu platformadan ayrılanların sayı daha da çoxalacaq.
Qeyd edək ki, həmin günü Tramp yeni prezident kimi and içəcək.
Samir Musayev
MİA.AZ