İstanbulun Beyoğlu rayonunda keçmiş futbolçu İbrahim Yattaranın çox yaxın dostu, Kasımpaşa rayonunda fabrikdə işləyən 34 yaşlı qvineyalı Oumar Kante hamam növbəsinə görə otaq yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun öldürƏn otaq yoldaşı da qvineyalıdır.

Məlumata görə, hamama ilk girmək üstündə otaq yoldaşları arasInda çıxan dava zamanı İ.B. bıçağa əl atıb: "O, səhər saat 07:00 radələrində mübahisə zəmində Oumar Kanteni bıçaqlayıb. Ağır vəziyyətdə xəstəxanaya aparılsa da, Kantenin həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra otaq yoldaşı İ.B tutulub".

İbrahim Yattara hadisə haqqında deyib: "Deyəcək bir şey yoxdur, çox kədərlənirəm. Həqiqətən də çox danışmaq istəmirəm. Çünki mən Qvineyalıyam. Qvineyalı birİ qvineyalının canını alırsa, bunu rahat qəbul edə bilmərəm. Ona görə də çox danışmaq istəmirəm”.

Fərid

MİA.AZ