Uels millisinin baş məşqçisi Kreyq Bellami UEFA Millətlər B Liqasında sabah Türkiyə yığması ilə oynayacaqları matçla bağlı açıqlamalar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Kayseridə sualları cavablandıran Bellaminin sözlərinə görə qrup lideri Türkiyə ilə oynadıqları ilk oyunun onlar üçün əhəmiyyətli bir sınaq olub: "Türkiyə kimi futbola həvəsli bir komanda ilə oynamaq həqiqətən gözəl idi. Sabahkı matç təbii ki, əvvəlki oyundan çox çətin olacaq. Türkiyə ilə oynamaq həqiqətən çox gözəldir. Bizim də, onların da komandası günü gündən inkişaf edir. İnanıram ki, komandamız sabahkı oyunda qalib gəlmək üçün var gücü ilə oynayacaq. Təbii, bunun üçün oyunun sonunadək yorulmadan dominant olmalıyıq. Komanda ilə indiyədək 6 oyun keçirmişəm. Hər matçda daha yaxşı oynamışıq. Bir sözlə, hər şeyin ən yaxşısı qələbə üçün meydana çıxacağıq."
Fərid
MİA.AZ