İstanbulun Beşiktaş rayonunda yerləşən İsrail konsulluğu qarşısında silahlı insident yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, adı hələlik açıqlanmayan şəxs Bakı vaxtilə gecə saat 01.20-də İsrailin Qəzzaya hücumuna etiraz olaraq, konsulluğun qarşısına gələrək tüfənglə havaya atəş açıb. O, daha sonra İsrailə qarşı şüarlar səsləndirib.

Məlumata görə, uzun müddət təhlükəsizlik qüvvələrinə müqavimət göstərən şəxs xüsusi əməliyyatla saxlanılıb.

"O, xüsusi təyinatlıların əraziyə yeridilməsi və xəbərdarlıq atşindən sonra təslim olaraq, polisə aparılıb. Fakt araşdırılır", - deyə, İstanbul polisindən bildirilib.

Hadisə zamanı ölən və yaralanan olmayıb.

Firudin Səfərli

MİA.AZ