Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.

Mia.az Report-a istinadla xəbər verir ki, hadisə Ceyranbatan bağları ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün noyabrın 12-də Bakıda xəstəxanaya müraciət edib. İki gün sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.