Türkiyədə məşhur müğənni Serdar Ortaç başqda olmaqla, bir çox tanınış şəxslərin qanunsuz mərcx oyunlarının təşkilatçıları olmaları ittihamı ilə cinayət işinə xəklb edilmələri böyük səs-küy yaradıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğunun açdığı cinayət işi üzrə qanunsuz mərc əməliyyatı səbəbindən axtarışa verilən keçmiş futbolçu Batuhan Karadenizin sosial media hesablarının bağlanmasına qərar verilib.
Məlumata görə, o, ittiham aktında adı hallanan 23 nəfərdən biridir:
"Batuhan Karadeniz güman ki, əməliyyatdan duyuq düşərək Gürcüstana qaçıb. Lkain onun sosiual medai hesabları vasitəsi ilə iostintaqa, yaxud tərəflərə təsir etmək imkanı nəzərə alınaraq, prokurorluq məhkəmədə onun hesablarını qapadılması tələbi ilə iddia qaldırıb. stanbul Növbətçi Sülh Cəza Məhkəməsi prokurorluğun tələbini qəbul edərək Karadenizin İnstagram və Youtube səhifələrini qapadıb".
Xatırladaq ki, müğənni Serdar Ortaç, aparıcı Mehmet Ali Ərbil, keçmiş futbolçu Batuhan Karadeniz, blogerlər İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam, o cümlədən Rusiya və Türkiyə vətəndaşı Aleksander Mensikov və başqaları mütəşəkkil dəstə yaradaraq qanunsuz mərc oyunları keçirməkdə ittiham olunurlar. Mehmet Ali Erbil və Serdar Ortaç məhkəmədə peşman olduqlarını bəyan etdikləri üçün ev dustaqlığına buraxılıb, qalanları isə həbs ediliblər.
Firudin Səfərli
MİA.AZ