NUSR-ET restoranlar şəbəkəsinin sahibi, iş adamı və məşhur aşpaz kimi tanınan Nusret Gökçenin bank hesabı inanılmaz formada qarət olunub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şanlıurfada İ.A.B. ad-soyadlı şəxs banka gələrək, Gökçenin bank hesabından saxta etibarnamə ilə 200 min TL (təxminən 9900 manat) pul çıxarıb. 

Məlumata görə, sonradan şübhələnən bank rəsmiləri polisi məlumatlandırıblar: "Polis hadisədən sonra bankdan çıxan İ.A.B.-ni gizləndiyi ünvanda həbs edib. Onun barədə "rəsmi sənədləri saxtalaşdırma" və "dələduzluq" maddələri ilə həbs qətimkan tədbiri seçilib".

"Qəssab Nüsrət" fakta münasibət bildirməyib.

Firudin Səfərli

MİA.AZ