Türkiyədə "qırmızı bülleten"lə axtarışda olan və xaricdə saxlanılan kriminal avtoritet Ramazan Bayğarın lideri olduğu kriminal dəstəyə qarşı 15 iri şəhərdə eyni anda əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Adana prokurorluğunun başlatdığı cinayət işi çərçivəsidə Adana başda olmaqla, İstanbul, Ankara, İzmir, Osmaniye, Mersin, Niğde, Bursa, Antalya, Şanlıurfa, Qaziantep, Kırklareli, Batman, Mardin, Muş və Sakaryada keçiriən əməliyyatla kriminal dəstənin ümumilikdə 270 üzvü qandallanıb: "Onların ən azı 83 müxtəlif cinayət əməlində əli olduğu müəyyən olunub. Saxlanılanlara qanunsuz mütəşəkkil cinayətkar dəstə yaratmaq, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qəsdən xəsarət yetirmə, soyğunçuluq, narkotik vasitələrin istehsalı və ticarəti, silah alveri, fırıldaqçılıq, oğurluq, girovgötürmə, şantaj, öz cinayətlərini başqalarınınü zərinə yüklətməklə həbsə göndərmək, təhid məqsədiylə şəxsi həyatlarla bağlı gizli kompromat toplamaq, əmlaklara bilərəkdəna zərər vurmaq və sair ittihamlar irəli sürülüb".
Bildirildiyinə görə, əməliyyatlardaı 43 ədəd sənədsiz tapança, 11 ədəd sənədsiz tüfəng, 5 ədəd AK-47 avtomatı, 2 ədəd digər markalı avtomat, 4 ədəd əl qumbarası, müxtəlif miqdarda narkotik vasitə, külli miqdarda xarici valyuta və türk lirəsi, çoxlu sayda rəqəmsal material və radio qurğusu ələ keçirilib. Bundan əlavə, 8 yaşayış evi, 2 torpaq sahəsi, 1 avtomobil, 4 motosiklet müsadirə edilib: "19 bank hesabına isə sanskuiya qoyulub".
Firudin Səfərli
MİA.AZ