Bakının Xətai rayonunda, 8 Noyabr prospektində 86 saylı binanın səkkiz nömrəli mənzilinin tavanı çöküb.
Mia.az Baku TV-yə istinadla xəbər verir ki, xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Ev sahibi Kamran Əliyevin sözlərinə görə, oktyabrın 7-də binanın tavanında çökmə baş verib.
O, bununla əlaqədar müvafiq orqanlara müraciət etsə də, heç bir nümayəndə binaya baxış keçirməyib:
"Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaşadığımız tikili qəzalı binaların siyahısına salınıb. Hadisə baş verən zaman yoldaşım, oğlum, mən işdə olmuşuq. Evdə gəlinimlə iki azyaşlı nəvəm var idi. Onlar evdən çıxandan iki dəqiqə sonra mənzilin tavanı çöküb".
Hadisə ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, əməkdaşlar binaya baxış keçirdikdən sonra lazımi tədbirlər görüləcək.
Mia.az onu da qeyd edir ki, Xətai İcra Hakimiyyəti son ilərdə söküntü adıyla milyonlarla manat vəsaiti şirkətlərin əli ilə talan edir. Görünəın odur ki, İcra başçısı şirkətlərin biznes təyinatlı yaşayış binaları üçün aldığı ərazilərdə "söküntü təyinatlı" vəsait ayırmaqla, əslində, o, pulu təyinatından yayındırırlar. Çünki kiçik ölkədə hər kəs bilir ki, tikinti şirkətləri aldıqları əarzilərdən həm əhalinin köçürülməsini, həm də söküntü işlərini öz vəsaitləri hesabına görürlər. Elə isə İH-nin söküntü məqsədiylə ayırdığı son 1.3 milyona yaxın vəsait hara, yaxud kimin cibinə yönləndirlib?
Təbii ki, bu kimi talançılq olmasaydı, yəqin ki, bu yazıda sözügedən qəzalı binadakı ailə çoxdan köçürülər və ya yeni mənzillə təmin oluna bilərdi...
Əhməd
MİA.AZ