8 noyabr ölkəmizdə Zəfər bayramıdır. Bаşlаnmаsı ilə qurtаrmаsının müddəti 44 gün çəkən ikinci Qаrаbаğ mühаribəsindəki zəfərimiz şəhidlərimizin və qаzilərimizin tökülən qаnı, Vətən uğrundа öz vətəndаşlıq bоrclаrını yerinə yetirən qəhrəmаn оğullаrımızın аdı ilə bаğlıdır.
Bəli, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə...
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.
Xalq şairi Bəxtiyar Vahabzadə vəsf etdiyi kimi:
Düşmən gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər!
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən göylərinə çəkdi şəhidlər.
İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnət-darlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.
Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.
Birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Gəncədə də hər zaman əziz tutulur.
Şəhidlərimizə, onların ailə üzvlərinə, müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı Gəncədə yüksək səviyyədədir. Ona görə ki, hər zaman qürur duyduğumuz şəhidlər xalqımızın and yeri, şəhid anaları başımızın tacıdır. Vətən müharibəsi şəhidləri hər an, hər dəqiqə ehtiramla xatırlandığı kimi, şəhid ailəsinin üzvləri də dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülür.
Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, qəhrəmanlıqlarının təbliğınə böyük önəm verilir, vətənpərvər övladlar yetişdirən şəhid ailələri həmişə şəhər rəhbərliyinin diqqət mərkəzində dayanır.
Gəncə şəhər İcra Hakimiyyətində təşkil olunan bütün tədbirlərdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad edilir, ilk olaraq şəhid valideynlərinə xitab olunur, şəhid ailələrinin ehtiyacları ilk növbədə qarşılanır.
Cənab Prezidentin tapşırığı ilə mütəmadi olaraq Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri dövlət xətti ilə həll olunur.
Bu kadr Gəncə şəhər İcra Hakimiyyətinin tədbirlərini işıqlandıran peşəkar bir fotoqraf və ya çəkiliş qrupu tərəfindən yox, həmin tədbirlərin birində sadə vətəndaş tərəfindən çəkilmiş və sosial şəbəkələrdə yayılmışdır.
Bu kadr Gəncə şəhər icra başçısının şəhid anası qarşısında baş əydiyi, alnından öpdüyü anı əbədiləşdirən sıradan bir şəkil deyil, icra başçısı-vətəndaş münasibətlərinin səmimiliyini əks etdirən bir görüntüdür. Alından öpmək qayğıkeşliyin, doğmalığın, xeyirxahlığın əlaməti, qarşı tərəfə həmişə dayaq olacağının ifadəsidir. Bu həm də başımızı uca edənlərin başımız üstə yeri olduğunun tablosudur.
Elçin Cavadov,
Gəncə Dövlət Universitetinin kafedra müdiri,
texnika elmləri doktoru
Mia.az