Son dövrlərdə radio kanalların sayının artması, yeni televiziya kanallarının yaranması müsbət tendensiyalardır.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev 6 noyabr - Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə "X"də yazıb.
O, peşə bayramı münasibətilə televiziya və radio işçilərini təbrik edib. H.Hacıyev xatırladıb ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb: "Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb".