Rusiya "Apple" şirkətini cərimələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb "Apple"nin bəzi məzmunlara girişi bloklamaması olub.
Bu səbəbdən Moskva məhkəməsində şirkətə qarşı iddia qaldırılıb: "Məhkəmə şirkəti dəfələrə rəsmi xəbərdarlığa məhəl qoymamasına görə "Apple"ni 3,6 milyon rubl (təxminən 37 min dollar) cəriməyə məhkum edib".
Xatırladaq ki, bundan əvvəl Rusiya oxşar səbəblərə görə "Google", "TikTok" və "Telegram" kimi platformaları da cərimələyib.
Zülfiyyə Mustafayeva
MİA.AZ