Cənubi Koreya "Facebook" və "Instagram"ın sahibi "Meta" şirkətini təxminən 16 milyon dollar cərimə edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb istifadəçi məlumatlarını qanunsuz olaraq reklam şirkətləri ilə "paylaşıb".

Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyasından bildirilib ki, şirkətlə ilə bağlı dörd illik araşdırma aparılıb: "Komissiya "Meta"nın 2018-ci ilin iyulundan 2022-ci ilin martına qədər təxminən 980 min Facebook istifadəçisinin şəxsi məlumatlarını, o cümlədən dini və siyasi baxışlarını qeyri-qanuni topladığını müəyyən edib. Toplanan məlumatlar təxminən 4 min reklam şirkəti ilə paylaşılıb. Bu səbəbdən Komissiya "Meta"ya təxminən 16 milyon dollar cərimə kəsib".

Xəbərdə o da xatırlanır ki, Cənubi Koreya 2022-ci ildə də "Meta"nı eyni iddia ilə 72 milyon dollar cərimələmişdi.

Zülfiyyə Mustafayeva

MİA.AZ