Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mikayılovun rəhbərlik elədiyi sahədəki "kadr islahatları" birmənalı qarşılanmır.

Mia.az-ın əldə etdiyi məlumata görə, Abşeron Suvarma Sistemləri İdarəsi ilə Abşeron Sukanal İdarəsini birləşdirərək, yerində Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi yaradan Zaur Mikayılov bu qurumun başına qudasının tələbə yoldaşı Etibar Nəbiyevi rəis təyin edib.

Məlumata görə, bu təyinatdan sonra idarədə bir çox təcrübəli kadrlar vəzifələrindən uzaqlaşdırılıb, yerlərinə isə yeni komandaya yaxın şəxslər gətiriliblər: "Zaur Mikayılov və onun kadrlarının bu rayondakı ən maraqlı kadr "islahat"ı isə deputat Məlahət İbrahimqızının qardaşı Qəmbər Həsənovla bağlı olub. Belə ki, deputatın Abşeron Suvarma Sistemləri İdarəsinin uzun illər Baş mühəndisi işləyən qardaşı vəzifədən çıxarılıb. O, digər əmrlə idarədə aşağı vəzifəyə - emalatxana müdiri postuna keçirilib".

Samir MUSAYEV

Mia.az