Fransız ailələr TikTok-u məhkəməyə veriblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, şəbəkədə yayılan zərərli videolara görə 7 ailə Çinə məxsus sosial media platforması "TikTok"a qarşı iddia qaldırıblar.

Fransa mətbuatı yazır k, onlar dünya üzrə təxminən 1,6 milyard istifadəçisi olan platformanın alqoritminin uşaqların özlərinə zərər verə biləcək, intihara və yemək pozğunluqlarına səbəb ola biləcək məzmunlar təqdim etdiyini idda edir: "İddiaçılar arasında qızları intihar edən iki ailə, eləcə də uşaqları "TikTok"dakı videolara görə ntihara cəhd edənn daha dörd ailə ilə yanaşı, uşağının qida pozuntus ilə üzləş.diyini bildirən daha bir ailə var. Onlar Tik-Tok-a qarşı ABŞ və Avropanın müxtəlif ölkələrində oxşar iddia qaldıraraq, həm bloklanma, həm də maddi təzminat tələb edirlər".

Samir Musayev

MİA.AZ