BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində Azərbaycanda banklar, "Azərpoçt" MMC və valyuta mübadilə məntəqələri normal iş rejimində fəaliyət göstərəcək.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, 8-13 noyabr 2024-cü il tarixləri qeyri-iş günlərinə təsadüf edir. Əvvəlki təcrübəyə uyğun olaraq qeyri-iş günlərində bankların və “Azərpoçt”un xidmət şəbəkəsi, habelə valyuta mübadilə məntəqələrinin iş qrafikinə dair məlumat Mərkəzi Bank tərəfindən ictimaiyyətə xəbər veriləcək: ""COP29 tədbirlərinə təsadüf edən digər günlərdə isə banklar, "Azərpoçt" və valyuta mübadilə məntəqələri normal iş rejimində ölkəmizə təşrif buyurmuş qonaqlara və əhaliyə maliyyə xidmətləri göstərəcəklər".