Türkiyədə keçmiş polis əməkdaşlarına qarşı yeni əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İzmir şəhər prokurorluğu məlumat yayıb.

Bildirilib ki, İzmir prokuororluğunun rəhbərliyi altında İzmir və Mersin şəhərlərində Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı növbəti əməliyyat keçirilib: "Əməlyyatla əvvəlcədənyerləri müəyyən olunan və vaxtilə polis təşkilatlarında müxətlif vəzifələrdə işləmiş 13 nəfərin tutulması üçün "düymə" basılıb. İzmirin mərkəzi, Menemen, Bergama və Torbalı rayonları və Mersində 13 ünvanda keçirilən əməliyyatda onlardan 12-i tutulub, bir nəfər isə qaçıb. Hazırda onun axtarışı davam edir".

Firudin Səfərli

MİA.AZ