"Səbail" klubunun Muşahidə Şurasının iclası olacaq.
Yaxın günlərdə baş tutacaq toplantıda "dənizçilər"in yeni baş məşqçisi ilə bağlı müzakirə aparılacaq.
Premyer Liqa təmsilçisi ötən gün "Kəpəz"ə uduzduğu (0:1) Misli Premyer Liqasının XII turunun matçından sonra Şahin Diniyevlə vidalaşıb. 58 yaşlı mütəxəssis 2022-ci ilin dekabrından Bakı klubunda işləyib.
Qeyd edək ki, "Səbail" hazırda çempionatda 7 xalla 9-cu pillədə qərarlaşıb. Komanda autsayder "Kəpəz"dən cəmi 1 xal çox toplayıb./Report