"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyon 150 milyon avroluq təklifi geri çevirib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun yaxın dostu Covanni Becali açıqlama verib.

O, bu barədə belə deyib: "Dünyanın ən zəngin neft şirkəti "Aramco", dünyanın ən məşhur məşqçisinə  üç mövsüm üçün 150 milyon avro təklif etdi. Mourinyo çox düşündü və "yox" dedi. O, mənə eynən belə dedi: “Ciovanni, mən Səudiyyə Ərəbistanına deyil, Türkiyəyə gedirəm. Çünki mənim ildə 15 milyon avro olan iki illik müqaviləm var. Həm Avropaya yaxındır, həm də“Fənərbaxça” yaxşı komandadır”.

Fərid

MİA.AZ