Son illər dünya mətbuatında beyin ölümünün həyatın sonu olmadığı fikirləri yer almaqdadır.

Hətta Dünya Təbiblər Birliyi və bir çox ölkələrin tibb assosiasiyaları bu haqda məqalələr yayımlamaqdadır.

Bir çox məşhur həkimlərin beyin ölümünün həyatın sonu olmadığı iddialarına cavab olaraq, Dünya Təbiblər Birliyi qeyd edir ki, bu iddialar cəmiyyətdə tibbə inam və orqanlarını bağışlayan insanların sayının azalmasına səbəb ola bilər.

Türkiyənin tanınmış tibb professoru İsmail Aydın Hakkı isə möcüzələrə inandığını gizlətmir.

O bildirir ki, beyin ölümündən sonra beyindəki elektrik aktivliyi müəyyən müddət ərzində davam edir və bədənin bəzi funksiyaları hələ də işləyir. Beyin ölümü insan həyatının sonu kimi qəbul edilsə də, professor İsmail Aydın Hakkı bunun tam olaraq ölüm sayıla bilməyəcəyini bildirir.

Dünya İslam Birliyinin 1998-ci ildə qəbul etdiyi qərara əsasən isə beyin ölümü klinik ölüm kimi qəbul edilib.

Bu qərara görə, beyin ölümü keçirmiş şəxslər tibbi baxımdan ölü sayılır və onların həyatda saxlanılması üçün aparılan tibbi müdaxilələrə ehtiyac olmadığı düşünülür. 

O zaman ölüm nədir?

 Hər hüceyrənin ölməsi... Bir neçə il bundan əvvələ qədər ölüm anında beyinin tamamən funksiyalarını sıfırladığı düşünülürdü.

Son aparılan araşdırmalar isə insanın tamamilə öldükdən sonra belə 24 saat daha beyinin dərk etməyə davam etdiyini göstərir.

Bu dövrdə insan bədənin vəziyyətini və ətraf mühiti anlamağa,hətta müxtəlif hisslər yaşamağa davam edə bilər. Həmçinin bu kəşf, insanların beyin ölümü mərhələsində olan yaxınları ilə necə ünsiyyət qurmağın və onlara dəstək olmağın vacibliyini ön plana çıxarır. 

Əzizə Hakverdi

Mia.az