Bu gün Gəncə Apellyasiya Məhkəməsində Şəmkirin həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədovun apellyasiya şikayətinə baxılıb.

Mia.az xəbər verir ki, iclasın yekununda hakim sabiq icra başçısının haqqında verilmiş 13 il 6 aylıq hökm dəyişdirilməsinə qərar verilib: "Yeni hökmə əsasən, Alimpaşa Məmmədovun həbs cəzası 10 il 6 aya endirilib".

Qeyd edək ki, A. Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

O, son iclasların birində dövlətə vurduğu 185 min manatlıq zərəri də ödədiyini açıqlamışdı.

Onu da bildirək ki, sabiq icra başçısının ailə üzvləri onun müsadirə olunan əmlaklarını geri tələb etməyə başlayıblar.

Əhməd

MİA.AZ