"Beşiktaş"ın sabiq baş məşqçisi Sergen Yalçın vaxtilə komandada hollandiyalı ulduz futbolçu Cermeyn Lenslə aralarındakı maraqlı söhbəti canlı yayımda nəql edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda futbol şərhçisi olan Sergen Yalçının sözlərinə görə, baş məşqçi kimi ulduz futbolçunun məşqlərə soyuq yanaşmasının sirrini öyrənmək üçün onu yanına çağırıb: "Onu otağıma çağırdım. Dedim İngiltərədən gəlibsən, orada məşqə belə yanaşsaydın, nə edərdilər? Qayıtdı ki, birbaşa heyətdən qovardılar. Dedim, yaxşı, bəs burada niyə etmirsən? Cavabı eşitsəniz, şok olacaqsız. Dedi ki, türk oyunçulara uydum. Dedim onda əsas heyətdən qovuldun. Cavabı gördünüzmü? Təəssüf ki, türk futbolunda belə hallar az deyil"

Fərid ASLAN

MİA.AZ