Oktyabrın 23-də “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı” təqdim edilib.
Tribunainfo.az-ın elektron poçtuna yazan Sabir Məmmədov adlı şəxs bildirib ki, həmin tədbirdə xeyli xarici qonaqlar, o cümlədən İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Leder də iştirak edib. Sözügedən şəxs qeyd edib ki, həmin tədbirdə ADY ilə AİB arasında dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədi imzalanıb.
Lakin tədbirdə xoşagəlməz hadisə də yaşanıb. Sahib Məmmədov göndərdiyi məktubunda yazır ki, tədbirin sonunda ADY-ə yaxın olan bir qrup şəxsə ADY sədri Rövşən Rüstəmov adından 300 manat məbləğində xüsusi alış-veriş kuponları paylanılıb. “300 manatlıq kuponlar həmin şəxslərə ADY-nin mətbuat katibi Sənubər Nəzərova tərəfindən paylanılıb. Onlardan xahiş olunub ki, bu barədə kimsəyə bir söz deməsinlər. Həmçinin, mətbuatda ADY ilə bağlı yazılan tənqidlərə sosial şəbəklərdə tərif formasında aktiv şəkildə cavab versinlər".
(Mənbə: sonxeber.az).