Nazir Emin Əmrullayev növbəti maraqlı əmrlərə imza atıb.

Mia.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri  Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Digər əmrlə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.

Maraqlı təyinat isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevlə bağlı olub.

Belə ki, nazir adı qalmaqallarla yadda qalan Anar Qədiməliyev Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini vəzifəsinə təyin edib.

İddialara görə, o, tezliklə  Emin Əmrullayevin 23 fevral 2024-cü il tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinin müvəqqəti icrasını tapşırdığı Nərminə Hüseynovanı əvəzləyəcək.

***

 Emin Əmrullayev daha iki regional idarə rəhbəri ahqda əmr imzalayıb.

Mia.az xəbər verir ki, əmrlə Mənsimli Sənan Famil oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Buna qədər S. Mənsimli 2022-ci ildən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Bundan başqa, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Dadaşov Vüqar İsrəfil oğluna həvalə edilib.

Digər əmrlə Qarabağ Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Məcidov Anar Rafik oğlu Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini təyin edilib.

İdarənin müdiri vəzifəsinin icrası ona həvalə olunub.

Samir

MİA.AZ