ABŞ-da media orqanları seçkiyə bir həftə qalmış mövqelərini açıqlamağa başlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı Amerika media qurumları “prezidentliyə namizədləri dəstəkləmək ənənəsi” çərçivəsində seçdikləri namizədə dəstək mesajları verir.
Məlumata görə, sol-liberal baxışı ilə seçilən və həmişə Demokrat Partiyasının namizədlərini dəstəkləyən "Washington Post" WP) 36 ildən sonra ilk dəfə prezident seçkilərində heç bir namizədi dəstəkləməmək qərarına gəlib.
Bildirilib ki, bu qərar sonra qəzetion 3 redaktoru istefa verib, qəzet 4 mindən çox abunəçisini itirib: "Qəzet, bununla illik azı 10 milyon dollar itki ilə qarşılıaşacaq"
"New York Times" (NYT) isə Demokrat Harrisi dəstəklədiyini açıqlayıb.
"Philadelphia Inquirer" qəzeti də Kamala Harrisə dəstək verib: "ABŞ-ın vitse-prezidenti Kamala Harris bütün amerikalılara kömək etmək istəyir, Donald Tramp isə yalnız özünə".
Ölkənin aparıcı jurnallarından olan “The New Yorker” də Tarmpa arxa çevirib: "Amerika xalqı Trampa daha 4 il dözə bilməz. Bizim seçim həssas, humanist və liberal düşüncəli olduğunu sübut edən Kamala Harrisdir".
Şimali Karolinada qaradərili icmaya yönəlmiş həftəlik qəzet "Winston-Salem Chronicle", həmçinin, "The Houston Chronicle", "The Boston Globe", "The Las Vegas Sun", "Seattle Times", "The Star-Ledger", "Tennessee Tribune", "Scientific American", "San Antonio Express" və "Los Angeles" və digər qəzetlər də Harrisi dəstəklədiklərini bəyan edib.
Bununla belə, Amerika qəzetlərinin Demokratlar Partiyasından prezidentliyə namizədə dəstəyi 2016-cı ildən bəri 60 faizə yaxın azaldığı deyilir: "2016-da 240 media orqanı demokrat Hillari Klintona, 2020-də 120 media orqanı Co Baydenə dəstək vermişdi. Harrisə isə dəstək verənlərin sayı isə 80-ə yaxındır..."
BƏS TRAMPA HANSI MEDİA ORQANLARI DƏSTƏK VERİR?
"Fox News Digital" məlumatlarında, təxminən 10 media orqanı Trampa üstünlük verib.
"New York Post" Trampın ABŞ üçün "düzgün seçim" olduğunu iddia edib.
“The Washington Times” da sabiq prezidenti dəstəkləyib: "Daha yaxşı variant var və bu, keçmiş prezident Donald Trampdır.
"Las Vegas Review-Journal", "St. Joseph News-Press", "The Santa Clarita Valley Signal", "Respublikaçı-Amerika" və sair qəzetlər də sabiq prezidentə dsəətk nümayiş etdiriblər.
Lamiyə Əhmədli
MİA.AZ