“Azərişıq” ASC Salyan şöbəsinin rəisi Səfa Şirinov vəzifədən azad olunub.
Məlumata görə, bu vəzifəyə Namiq Quliyev təyin edilib.
Qeyd edək ki, bu təyinata qədər N.Quliyev “Azərişıq” ASC Hacıqabul şöbəsinin rəisi işləyib(Report).
Səfa Şirinova vəzifə verilib-verilmədiyi haqda dəqiqləşməmiz olacaq.
Xatırladaq ki, ötən ay Hacıqabul və Salyanın icra başçıları vəzifədən azad edilib.
Görünür, Salyana Hacıqabuldan icra başçısı göndərilən Rüstəm Xəlilov öz kadrlarını yenidən ətrafına toplayır.
Onu da qeyd edək ki, bundan bir neçə ay əvvəl isə “Azərişıq” ASC-nin regional idarəsinin rəisi dəyişib.
Samir
MİA.AZ