"Neftqazelmitədqiqatlayihə” institutunun direktoru vəzifədən azad olunub.
Mia.az xəbər verir ki, bu sözləri "Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media səhifəsində yazıb.
O bildirib ki, direktor Fəxrəddin İsmayılov oktyabrın 21-də vəzifəsindən çıxaırlıb: "Hələlik onun vəzifə səlahiyyətləri direktor muavini rəsmən Mubariz Quliyevə həvalə edilib".
Komitə sədri yazıb ki, buna baxmayaraq, direktorun kabinetində - onun kreslosunda isə hələlik heç bir rəsmi göndəriş olmadan vitse-prezidenti Babək Hüseynovun müavini Anar Əliyev əyləşib: "O, həm də "Ümid Babək ƏŞ"də direktor müavinidi".
Samir Musayev
MİA.AZ