"Qalatasaray"ın belçikalı futbolçusu tarix yazıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dris Mertens "Beşiktaş" derbisindədə forma geyinməklə, "Qalatasaray"da 100-cü rəsmi matçına çıxıb.
Mertens 82-ci dəqiqədə Viktor Osimhenin yerinə oyuna daxil olub.
Xatırladaq ki, 2022-ci ilin yay transfer pəncərəsində transfer olunan Mertens Superliqada 76, UEFA Çempionlar Liqasında qrup və təsnifat mərhələsində 13, UEFA Avropa Liqasında 5, Türkiyə Kubokunda 4, TFF Super Kubokunda 2 matçda tər töküb.
Zülfiyyə Mustafayeva
MİA.AZ