Bu gün Türkiyə Superliqasında derbi olub.

Mia.az xəbər verir ki, derbidə "Qalatasaray" doğma meydanında "Beşiktaş"ı qəbul edib.

Oyunda ilk qolu "Qalatasaray" atıb. 13-cü dəqiqədə Sançes "Beşiktaş"ın qapısını silkələyib - 1:0.

 67-ci dəqiqədə isə "Qalatasaray"ın 100 milyon avroluq qolçusu fərqi artırıb - 2:0.

"Beşiktaş" bu qllardan yalnız birinin əvəzini çıxa bilib.

90+4-cü dəqiqədə Muçi fərqi azaldan qola imza atıb - 2:1.

Beləlikə, "Qalatasaray" qalib gələrək 28 xalla liqada liderliyini möhkəmlədib. "Beşiktaş"ın 20 xalı var.

Fərid Aslanlı

MİA.AZ