Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Əmiralı oğlu Yusibovun ən önəm verdiyi sahələrdən biri universitetin beynəlxalq əlaqələridir.
Mia.az-ın məlumatına görə, qardaş Türkiyə Respublikasının İzmir Dokuz Eylül Universiteti ilə bağlanmış rəsmi əməkdaşlıq müqaviləsindən sonra, prof. Yusif Yusibov şimal qonşumuz olan Rusiya dövlətinin universitetləri ilə əməkdaşlığa xüsusi önəm verir.
Professor Yusif Yusibovun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə artıq neçə illərdir Moskvada GDU Moskva Dövlət Mədəniyyət İnstitutu ilə elmi əməkdaşlıq edir, Qazaxıstan (M.Utemisova adına Qərbi-Qazaxıstan Universiteti) və Belarusiya (Belarusiya Dövlət Mədəniyyət və İncəsənət Universiteti) universitetləri ilə birgə Beynəlxalq elmi-praktik konfranslar keçirir. Konfranslar ənənəvi olaraq hər ilin aprel ayında “Pedaqogika və psixologiyanın aktual problemləri” adı ilə, oktyabr ayında isə “İnnovasiya dövründə artpedaqogika və artpsixologiya” adı ilə Moskvada keçirilir və materialları Moskva Dövlət İncəsənət Universitetinin maliyyə dəstəyi ilə çap olunur.
Moskva Dövlət Mədəniyyət İnstitutu ilə Gəncə Dövlət Universiteti arasında davam edən qeyri-rəsmi əməkdaşlıq 16 oktyabr 2024-cü il tarixdən rəsmiləşdirildi:
“Nizamnamə əsasında fəaliyyət göstərən rektor Yekaterina Leonidovna Kudrina tərəfindən təmsil olunan Federal Dövlət Büdcə Ali Təhsil Təşkilatı “Moskva Dövlət Mədəniyyət İnstitutu” (sonra - MDMİ) bir tərəfdən, Nizamnamə əsasında fəaliyyət göstərən rektor Yusibov Yusif Əmirəli oğlu tərəfindən təmsil olunan Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə Dövlət Universiteti (sonra - GDU) digər tərəfdən olmaqla təhsil, elm, mədəni-maarif fəaliyyəti və yaradıcılıq sahəsində əməkdaşlığa dair Saziş” bağlanıldı.
Saziş 14 maddədən ibarətdir.
Sazişin bağlandığı ərəfədə, 10 oktyabr 2024-cü il tarixdə Moskvada Gəncə Dövlət Universiteti və Moskva Dövlət Mədəniyyət İnstitutu tərəfindən birgə “Ümumrusiya Elm Festivalı NAUKA 0+” çərçivəsində “İnnovasiya dövründə artpedaqogika və artpsixologiya” adlı VI Beynəlxalq elmi-praktik konfransı keçirildi. (Artpedaqogika və artpsixologiya - pedaqogika, psixologiya və müxtəlif sənət növlərinin sintezidir).
Konfransın başlıca məqsədi pedaqoq və psixoloqların, sosial işçilərin, aspirant (doktorant) və magistrantların incəsənətin inkişaf etdirici və korreksiyaedici potensialı ilə tanışlığından, şəxsiyyətin inkişafı və korreksiyası məqsədi ilə mədəniyyət və təhsil müəssisələrində müxtəlif incəsənət növlərinin tətbiqinə yardım etməkdən, həmçinin mədəni irs və yaradıcılıq vasitəsi ilə şüura, insanın təlim prosesində fəaliyyətinə, şəxsiyyətin inkişafı və korreksiyasına təsir etməkdən ibarət olmuşdur. Konfrans çərçi-vəsində artpedaqogika və artpsixologiya sahəsində aparıcı rus, azərbaycan və xarici mütəxəs¬sislərin məruzələri dinlənilmiş, tanınmış rus alimlərinin master-klassları keçirilmişdir.
Konfransda Gəncə Dövlət Universitetini Ümumi pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Şahin Tağı oğlu Tağıyev də (məruzə ilə) təmsil etdi. Konfransa GDU-nun bir qrup əməkdaşının da elmi məqalələri göndərilmiş, həm məruzə, həm də elmi məqalələr konfransın işçi qrupu tərəfindən yüksək qiymətləndirilərək çap üçün məqalələr toplusuna daxil edilmiş, müəlliflər təşkilat komitəsi tərəfindən mükafatlandırılmışlar. Belə ki, Ümumrusiya Elmi Festifalı təşkilat komitəsinin həmsədri, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçinin imzası ilə professor Şahin Tağıyev VI Beynəlxalq konfransın diplomu və təşəkkürnaməsi ilə, dos. Zakir Ələsgərov, dos. Niyazi Nəbiyev, p.f.d. Tura Əliyeva, müəllimlər Nigar Quliyeva və Lalə Bayramova isə fəal iştirak etdiklərinə görə Festivalın “Sertifikat”ı ilə təltif olunmuşlar.
Gəncə Dövlət Universitetinin əməkdaşlıq çərçivəsində fəaliyyətinin biri də Moskva Dövlət Mədəniyyət İnstitutunun (MDMİ) təşkilatçılığı ilə 2024-cü il oktyabrın 15-dən 18-dək Moskvada keçirilən “Beynəlxalq Humanitar Əməkdaşlıqda Mədəniyyət və İncəsənət Universitetləri: Rusiya və Çin mədəniyyətlərinin dialoqu” Beynəlxalq Konqresi ilə bağlı olmuşdur. Konqresdə Azərbaycan Respublikasını GDU-dan nümayəndə heyəti kimi prof. Şahin Tağıyev təmsil edirdi. Konqresin məqsədi - mədəniyyətlərarası dialoqun mühüm tərkib hissəsi kimi elm, mədəniyyət və incəsənət universitetlərinin beynəlxalq birliyini konsolidasiyasını təşkil etmək olmuşdur.
Konqresin ilk günündə Çin, Vyetnam, Seneqal, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Belarus və Tacikistandan olan iştirakçılar, eləcə də Rusiya ali məktəblə-rinin rektorları Kreml divarının yanındakı “Naməlum Əsgər” abidə kompleksinin önünə gül dəstələri qoyaraq Böyük Vətən Müharibəsində sülh və azadlıq uğrunda döyüş meydanlarında həlak olanların xatirəsini ehtiramla yad etdilər.
Konqresin açılışında iştirakçıları Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinski, Rusiya Federasiyası Prezidentinin beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, professor Mixail Şvıdkoy, Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova, Pekin Dil və Mədəniyyət Universitetinin rektoru Çjan Baojun və digərləri salamladılar.
Konqresin “Mədəniyyətlərarası qarşılıqlı əlaqə perspektivində incəsənət və bədii təhsilin pedaqogikası”na həsr olunmuş ekspert sessiyasında (oktyabrın 17-də) Gəncə Dövlət Universitetinin nümayəndəsi Ümumi pedaqogika kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Şahin Tağıyev “Tolerantlıq Azərbaycanda millətlərarası ünsiyyətin əsas göstəricisidir” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə demokratik dövlət quruculuğu prinsipinə əsaslanan Azərbaycan Respublikasının multikultural siyasətinə, o cümlədən millətlərarası münasibətlərin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsinə həsr olunmuşdur. Prof. Şahin Tağıyev çıxışında dərin tarixi köklərə malik Rusiya-Azərbaycan əlaqələrindən, Azərbaycanın dünyada ən nümunəvi multikultural dövlətlərdən biri olması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin də fikirlərinə istinad etdi.
Konqres iştirakçıları Rusiya və Çinin mədəniyyət və incəsənət universitetlərinin, habelə BRİKS, AİB, Birlik Dövləti, MDB, ŞƏT-də, ayrı-ayrı dost dövlətlərdə və onların tərkibində təmsil olunan ölkələrin və xalqların birləşdirilməsini nəzərdə tutan və beynəlxalq mədəni-maarif və humanitar əməkdaşlıq problemlərini həll etmək üçün Memorandum qəbul etdilər.
Rəsmi hissənin sonunda tədbir iştirakçılarına Moskva Dövlət Mədəniyyət İnstitutunun Musiqi sənəti fakültəsinin və Xoreoqrafiya fakültəsinin tələbə və müəllim heyətinin həm populyar mahnıları, həm də orijinal kompozisiyalarından ibarət konsert proqramı təqdim olundu.
Konqreslə bağlı əlavə məlumatları Moskva Dövlət Mədəniyyət İnstitutunun rəsmi saytından (МГИК https://www.mgik.org/news/68362) almaq olar. Saytdan götürülmüş bəzi məlumat və fotoları olduğu kimi təqdim edirik:
MDMİ-nin rektoru prof. Yekaterina Leonidovna Kudrina və Pekin Dövlət Universitetinin rektoru Çjan Baoszyun.
Konqres iştirakçıları
MDMİ-nin Pedaqogika və psixologiya kafedrasının müdiri, prof. Tatyana Kristidis, GDU-nun Ümumi pedaqogika kafedrasının müdiri, prof. Şahin Tağıyev, MDMİ-nin Dövlət Mədəniyyət Siyasəti fakültəsinin dekanı, prof. Marina Kernerman
***
Konqress iştraklçıları Kreml ətrafında və: