Bu gün də leysan yağışı özü ilə bərabər ölkəmizin paytaxtına xeyli problemlər yaradıb.
Mia.az-ın məlumata görə, bununla da paytaxt Bakı artıq neçənci dəfədir ki, yağış sınağından uğurla çıxmır. Şəhərin ərazisində yağışlı hava şəraiti zamanı ən çox sular altında qalan isə Sabunçu rayonu olur.
Sosial media platformalarında rast gəldiyiniz video görüntülərdə gördüyünüz kimi, bu rayonun yollarından yağış çay kimi keçir. Bir sözlə Bakının bu rayonunda subasma halları ilə daha çox rastlaşırıq.
Bəs niyə məhz Sabunçu rayonu? Bunun nəsə xüsusi bir səbəbi var?
Bunun səbəbini öyrənmək üçün Lent.az-ın əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimova müraciət edib.
İsrafil Kərimov bildirib ki, problem İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və “Azəryolservis” ASC-nin fəaliyyəti ilə əlaqədardır: “Körpülərin tikilişində, yollarda kanalizasiyaların quraşdırılması xidməti ilə məşğul olan bu qurumlar ərazinin pis vəziyyətə düşməsində onlar məsuliyyət daşıyır”.