Azərbaycandan Rusiya istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən şəxs saxlanılıb.
Mia.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Lumanov Tamindar Ənvəroviç olduğu müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.