"Qalatasaray"ın "Napoli"dən icarəyə götürdüyü məşhur hücumçu Viktor Osimhen yanvarda klubdan ayrılmaq niyyətində deyil.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq o, İstanbulda ev almağa hazırlaşır.
Məlumata görə, transfer dəyəri 10 milyon avro olan 25 yaşlı futbolçu hazırda komanda yoldaşları Dris Mertens və Hakim Ziyeçin də qaldığı iqamətgahda yaşayır: "İndisə o, "Qalatasaray"da çox xoşbəxt olduğunu və buradab ayrılmaq istəmədiyini deyərək İstanbulda Kemerburgaz bazasına yaxın olduğu üçün Göktürkdən ev axtarır".
Xəbərdə o da deyilir ki, Mauro İkardi da bu ərazidən ev alıb.
Xatırladaq ki, Viktor Osimhen indiyədək “Qalatasaray”ın heyətində 6 oyuna 3 qol vurub, 5 məhsuldar ötürmə verib.
Fərid Aslan
MİA.AZ