Türkiyənin 45 şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat açıqlayıb.
O bildiriib ki, “Gürz-23” kod adlı əməliyyatlarla 216 şübhəli qandallanıb: "Tutulan şübhəlilərin əvvəllər təşkilat daxilində məsul "vəzifələr"də fəaliyyət göstərmələri və təşkilata maliyyə yardımı etmələri ilə bağlı məlumatlar var"
Nazir əlavə edib ki, hər hansı bir teror təşkilatına "ayaqaşmaları"na əsla imkan verilməyəcək.
Lamiyə Əhmədli
MİA.AZ