Ömrü faydalı işlər görməklə yaşamaq insanın əbədi arzusu və əməlinə çevrilirsə bu həmin şəxsin dəyərlər daşıyıcısı olması deməkdir.

Bu gün cəmiyyətdə gözlərimiz qarşısında öz vəzifəsini ürəkdən, səmimiyyətlə, hay- küysüz yerinə yetirən, həyatda mənalı iz qoyan hər bir şəxsin hamı tərəfindən tanınmağa, hər vaxt ehtiramla xatırlanmağa, deyərdim insanlığın tarixində qalmağa haqqı var. 

Haqqında bir neçə kəlmə demək istədiyim Saleh Səmədov çox peşəkar, bacarıqlı, özünü təsdiq etmiş, geniş masştablı biznesmendir. Onu iki kəlmə ilə qısaca ifafə etsək, məncə "xeyriyyəçi"  və "səmimiyyət" sözləri ən doğru ifadələrdir. 

Saleh müəllimlə elə ciddi münasibətimiz olmasa da, bir rayonda yaşadığımıza görə fikirlərim canlı müşahidələrimə əsaslanır.

Məni yaxından tanıyanlar bilir ki, bir ömür boyu ləyaqətlə yaşamağı hər şeydən üstün tutdum, həmişə vəzifələrdən imtina etdim, dünya malında gözüm yoxdur və deməli, kiməsə xoş gəlmək üçün söz demək də mənlik deyil. 

Mənə daha çox maraqlı gələn Salleh Səmədovun böyük biznes bacarıqları ilə bağlı deyil, əslində, bu sahənin adamları üçün onun fəaliyyəti bir məktəbdir.

Son dövürlərdə ünsiyyətimiz zamanı  onun müdrik fikirlərə həssas münasibəti, mütaliəsi, bütün sahələrdən geniş məlumatlılıq səviyyəsini müşahidə etdim. 

Onun zəngin həyat təcrübəsi ilə təsdiqlənmiş düşüncəsi, fikirləri, milli mənəvi dəyərlərimizə hörməti, illərin sınağından çıxmış müdrik deyimlərə diqqəti, nəticədə müasir reallıqlara təhlili yanaşma bacarığının mükəmməlliyi xoş təsir bağışlayır. 

Bu baxımdan Saleh Səmədov kimi bir şəxsiyyətin bu gün  İmişli Rayon Ağsaqqallar Şurasının sədri kimi fəaliyyəti geniş mənada çox təqdirəlayiq haldır. Bunu rayon əhalisi üçün həm də bir şans hesab edirəm. Təsadüfi deyil ki, rayonda hər gün bu şuranın üzvlərinin sayı durmadan artır.

 Onunla ünsiyyətdə Vətənə, dövlətçiliyə, Azərbaycançılığa bağlılıq, Ümummilli lder H.Əliyevin həyat nümunəsinə sədaqət hissləri aydın şəkildə özün göstərir.

Ulu Öndərin aşağıdakı fikrini bir neçə dəfə onun dilindən eşitmişəm:  "Həyatda insan hər şeyi öyrənir. İki keyfiyyətdən başqa. Sədaqət və cəsarət. Bu keyfiyyətlər insanın qanında olur".

Odur ki, insana nüfuz qazandıran ilk növbədə onun şəxsi keyfiyyətləridir. Şəxsiyyət amili uğurların əldə olunmasında əsas şərtdir.

Saleh müəllim, sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram!

Vahid Tağıyev

MİA.AZ